Maraq dünyası
Boşanan kişilər SIĞINACAQLARDA qalacaq- ONLARA PUL DA VERİLƏCƏK
İtaliyanın bütün ərazisində boşanan və mənzilindən məhrum olan kişilər üçün sığınacaq evləri açıla bilər.
Bu ölkədə nikahın xətm edilməsindən sonra mənzillərin 60 faizi uşaqlı qadınlara qalır. Belə halların 94 faizində isə kişilər həm uşaqlara, həm də qadınların özlərinə aliment verməli olurlar. İtaliya standartlarında bu ödənişlərin məbləği 1000-1500 avro arasındadır. Bu cür çətin vəziyyətə düşmüş keçmiş ərlər bir anda yoxsul və evsiz-eşiksiz insanlara çevrilirlər. Hətta onların bəziləri öz şəxsi avtomobilində gecələməli olurlar.
İtaliyada təsis olunmuş Boşanmış Kişilər Assosiasiyası bu hallarla bağlı hökumət orqanlarına müraciət ediblər. Sosial fəlakət həddinə çatmış vəziyyətə müdaxilə edən Latsio regionunun rəhbərliyi (paytaxt Roma da bu bölgəyə daxildir) boşanmış və maddi cəhətdən ağır vəziyyətə düşmüş kişilərə maliyyə yardımı etmək qərarına gəlib. Bundan başqa, onlar xüsusi sığınacaq evlərdə də yerləşdirilir. Lakin dövlət borcu 2 trilyon dollara çatan İtaliyanın digər regionlarının da tezliklə bu təcrübəni tətbiq edəcəyi məlum deyil. (azərtac)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR