Toy gecəsindən sonra bildi ki... - FOTO
Bizi izləyin

Maraq dünyası

Toy gecəsindən sonra bildi ki... - FOTO

İndoneziyanın Lombok şəhər sakini toy gecəsindən sonra həyat yoldaşının əslində kişi olduğunu öyrənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Mux həyat yoldaşı ilə sosial şəbəkədə tanış olub. Bir-birləri ilə bir neçə ay ünsiyyət qurduqdan sonra Mux əmin olub ki, nəhayət ikinci yarını tapıb. Bundan sonra o, real həyatda heç vaxt görüşmədiyi Mita adlı “qıza” evlilik təklifi edib və razılıq alıb. Mərasim iyunun 2-də baş tutub.

Təyin olunmuş vaxtda Mita nikah mərasiminə niqabda gəlib. Rəsmi mərasimdən sonra Mita cinsi əlaqədə olmaq istəmədiyini deyib. Oğlan “qızın” sadəcə qorxduğunu düşünərək gözləmək qərarına gəlib. Növbəti gecə Mita yenə imtina edərək, boşanmaq istədiyini bildirir və dərhal evdən çıxıb gedir.

Həyat yoldaşını geri qaytarmağa çalışan ər onun ünvanını axtararkən şoka düşür. Mitanın yaşadığı evin Mit adlı şəxsə məxsus olduğunu öyrənir. Məlum olur ki, Mita əslində kişidir. Həqiqəti öyrəndikdən sonra o, polisə müraciət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm