Maraq dünyası
Təyyarəyə minmədən bütün dünyanı gəzdi: 10 pasport dəyişdi, bu ölkədən 2 il çıxa bilmədi - FOTO
Danimarkalı səyyah Torborn Pedersen işindən və ailəsindən ayrılaraq 10 il ərzində bütün ölkələrə səyahət edib.
Publika.az xəbər verir ki, gəmiçilik və logistika sahəsində çalışan və "Thor" ləqəbindən istifadə edən Pedersenin macərası 2013-cü ildə atasının elektron poçtu ilə başlayıb. Atasının göndərdiyi məqalədə bildirilirdi ki, indiyə qədər heç kim dünyanın bütün ölkələrinə təyyarəsiz səyahət etməyib. Bundan sonra, Pedersen hava yolundan istifadə etmədən dünyanı səyahət etmək üçün araşdırmalara başlayıb. Aylarla davam edən araşdırmalardan sonra planını quran Pedersen 10 oktyabr 2013-cü ildə 34 yaşında bütün ölkələri gəzmək üçün Danimarkanı tərk edib.
Pedersenin bu səfərə çıxdığı zaman yalnız bir məqsədi var idi. Evə qayıtmadan və hava yolundan istifadə etmədən bütün dünyanı gəzən ilk insan kimi tarixə düşmək. Danimarkalı səyyah bu arzusuna çatmaq üçün işini buraxıb, çantasındakı bir neçə əşya ilə səyahətə başlayıb.
Torborn Pedersen bu səfər üçün özünə 3 qayda qoyub: Təyyarə ilə səyahət etməyəcək, hər ölkədə ən azı 24 saat qalacaq və səyahətə başladıqdan sonra dünya turunu başa vurana qədər vətənə qayıtmayacaq.
Gündə orta hesabla 20 dollar xərclik ayıran Pedersen yaşayış, yemək və səyahət kimi gündəlik xərclərini qarşılayıb. Onun səyahət büdcəsinin bir hissəsi şəxsi ianələr və sponsor haqlarından ibarət idi.
O, bəzən təhlükəli və döyüş bölgələrindən keçib, bəzi ölkələrə viza almaq üçün günlərlə, bəzən həftələrlə gəmi ilə getməli olsa da, məqsədindən əl çəkməyib. Təyin etdiyi qaydalar çərçivəsində səyahətinə Avropadan başlayan Pedersen, daha sonra Şimali və Cənubi Amerika ölkələri ilə davam edib. Ondan sonra Afrika qitəsini gəzib. Afrika ölkələrindən sonra danimarkalı səyyah 2017-ci ilin sentyabrında Türkiyə səfərini başa vuraraq Yaxın Şərq ölkələrinə yola düşüb.
Əfqanıstan, Yəmən, Suriya kimi müharibə və münaqişələrin yaşandığı ölkələrə də səfər edən Pedersen, səhifələrində yer qalmadığı üçün pasportunu 10 dəfə yeniləyib. Səfərinin müddətini 4 il planlaşdırsa da, bu heç də belə olmayıb. Təxminən 8 il çəkən çətin səyahətlərin ardından Pedersenin məqsədinə çatmağına sadəcə bir neçə ölkə qalsa da, COVID-19 pandemiyası başlayıb.
Pedersen, 2020-ci ilin yanvar ayında Sakit Okeandakı Palau Respublikasına getmək üçün 4 gün qalmaq məqsədi ilə getdiyi Honkonqda COVID-19 epidemiyası səbəbindən təxminən 2 il yaşamalı olub. Epidemiya səbəbiylə səyahət məhdudiyyətlərinin aradan qaldırılması ilə yoluna davam edən Pedersen bu ilin may ayında məqsədinə çatıb.
Maldiv adalarına son səfərini mayın 24-də başa vuran Pedersen iki aydan çox davam edən səfərdən sonra iyulun 26-da ölkəsinə qayıdıb.
Pedersen 3576 gün davam edən səyahəti zamanı konteyner gəmisi ilə 37 dəfə, qatarla 158 dəfə və avtobusla 351 dəfə səyahət edib. O, bu unikal səfərdə təəssüratlarını və getdiyi bütün ölkələrlə bağlı fotolarını bloqunda izləyiciləri ilə bölüşüb.
Pedersen 203 ölkə və bölgəni gəzərək 382 min 83 kilometr məsafə qət edib. Bu, dünyanı 9 dəfədən çox dövrə vurmaq deməkdir. O, 2022-ci ilin yanvarında səfəri zamanı onu 27 dəfə ziyarət edən sevgilisi Li ilə evlənib.
Nəzrin
-
Sosial22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı












.webp)




















.jpg)



