Bu qidalardan hələ dadmayıbsınızsa, çox şanslısınız: İnsanları öldürmək üçündür
Bizi izləyin

Maraq dünyası

Bu qidalardan hələ dadmayıbsınızsa, çox şanslısınız: İnsanları öldürmək üçündür

Bu qidalardan hələ dadmayıbsınızsa, çox şanslısınız: İnsanları öldürmək üçündür

Bu gün yediyimiz qidalar, bəlkə də tarixin hansısa zamanında daha çox məşhur idi. Hazırda sosial media sayəsində hər gün dünyanın bir yerində yeni qida trendinin olduğunu görürük. Bu həmişə əla bir şey deyil. Elə reseptlər və yeməklər var ki, trend ola bilirlər. Lakin bu onların dadının yaxşı olduğu deməyə əss vermir. Maraqlıdır, bu yeməklər necə yaranıb və məşhurlaşıb?

Publika.az həmin qidalardan bəzilərini təqdim edir:

Matça


Matça haqqında heç eşitməmisinizsə özünüzü şanslı hesab edin. Çin və Yaponiyada istifadə edilən zərif növ toz çaydır. Bu toz ilk dəfə Qərbdə yaşıl və təbii bir şeyin üzərinə sürtülməsi nəticəsində kulinariya ustaları tərəfindən seçilib. Bəzən insanlar həmin içkini avokadoya bənzədirlər. Matçanın büzücü bir dadı var. Adətən, səhərlər içilir.

Donut Burger


Yəqin ki, hamı donut və burgerlər haqqında eşidib. İkisinin bir arada dadını düşünmək belə qorxuncdur. Şirin və ləzzətli donutun arasındakı ət, moyanez, pomidor, turşu-xiyar mədə üçün tam bir əziyyətdir. Kim nə vaxtsa burger yeyib və hər şeyin şəkərlə şirəli olmasını arzulayıb ki? Təbii ki, heç kim. Bu burgerlər yəqin ki, insanları öldürmək üçündür. Donut burgerin tərkibində nə az, nə çox 2000 kalori, 50 qram yağ və 8 qram duz var.

Suşi Burritosu


Suşi ilə burrito adları yan-yana belə gülməldir. Burritolar küçə yeməkləri içində ən dadlısıdır. Suşi isə dünyada məşhur olan yeməklərin zirvəsindədir. Ancaq suşi burrito isə düyüyə bükülmüş bir yığın xan balığıdır. Suşinin bu qədər kiçik olmasının səbəbi var. Ona görə ki, çiy balığı tam olaraq yemək olmur. İstəsək belə, yəqin ki, yeyə bilmərik. Suşinin o qədər kiçik olmasına baxmayaraq, inanılmaz dərəcədə doydurucudur. Onu böyütmək, sadəcə mənasızdır.

Qızıl Lopalar


Bir qaba bir dəstə qızıl lopa atmaq və bunun üçün bir aylıq kirayə haqqı almaq, yəqin ki, dünyada ən pis fırıldaqdır. Hekayə həmişə eynidir: restoranlarda burger, pizza və ya dondurma kimi qidaların olmasına baxmayaraq “satirik” menyuda bu qida var. Qiyməti isə 500 dollara yaxındır. Əslində qızıl yarpaq bahalı deyil. Təxminən 5 dollara verərək yeməli qızıl yarpaq almaq olar. Digər tərəfdən isə onu heç bir qida ilə müqayisə etmək olmaz. Dadı yeyilən hər şeyi məhv edir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm