İşdə fərdi məlumatlarımızı necə qoruya bilərik?
Bizi izləyin

Maraq dünyası

İşdə fərdi məlumatlarımızı necə qoruya bilərik?

İşdə fərdi məlumatlarımızı necə qoruya bilərik?

Elektron Təhlükəsizlik Xidməti iş yerində fərdi məlumatları qorumaq üçün bəzi məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir.

Publika.az “Trend”ə istinadən xəbər verir ki, məlumatda deyilir:

1) İş masanızdan ayrılarkən cihazlarınızın ekranını klidləyin;

2) Ehtiyacınız olmayan və fərdi məlumat ehtiva edən kağız sənədləri məhv edərkən onları oxunmayacaq şəkildə kiçik hissələrə ayırın;

3) E-poçt və ya faylları açarkən diqqətli olun. Şübhəli hal olduqda bu barədə qurumun müvafiq şöbəsinə məlumat verin;

4) Yalnız öncədən müəyyən edilmiş məqsəd üçün zəruri olan fərdi məlumatları toplayın;

5) Topladığınız və işlədiyiniz fərdi məlumatları mütəmadi olaraq yeniləyin;

6) Fərdi məlumatlarla bağlı hər hansı insident və ya hüquq pozuntusu baş verdikdə bu barədə rəhbərinizə məlumat verin;

7) İş zamanı istifadə etdiyiniz cihazları etibarlı şifrə ilə qoruyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm