Bu gülü nəbadə qoparasınız: 244 min cərimə ödəyəcəksiniz - VİDEO
Bizi izləyin

Maraq dünyası

Bu gülü nəbadə qoparasınız: 244 min cərimə ödəyəcəksiniz - VİDEO

Bu gülü nəbadə qoparasınız: 244 min cərimə ödəyəcəksiniz - VİDEO

08:08

Muğlanın Datça və Dalaman Sarıgerme çimərliklərini bəzəyən qum zanbaqlarının qoparılmasının cəzasının 244 min TL ( 15 min 345 manat) olduğu bildirilib.

Publika.az xəbər verir ki, səlahiyyətlilər, qorunan qum zanbaqlarının qoparılmasına görə cəzanın 80 mindən 244 min lirəyə qaldırıldığı haqda məlumat yayıblar.

Təbiətdə nadir rast gəlinən qum zanbaqları çimərliklərdə bitən ətirli gül cinsidir. Nəsli kəsilməkdə olan bu bitki Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən qoruan nadir növlər sırasındadır.

Türkiyədə Aralıq, Egey, Mərmərə və Qara dəniz sahillərində bitsə də, hazırda nadir hallarda rast gəlinir.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm