Maraq dünyası
Üç günlüyündə oğurladılar - 17 il sonra valideynlərini tapdı
Doğuş zamanı qaçırılan qız 17 il sonra valideynlərini tapıb.
Publika.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin doğuş zamanı oğurlanmış sakini DNT testi sayəsində ailəsini tapıb. Bu barədə “Daily Mirror” məlumat yayıb.
Miçi Zefani Şeldonu ər-arvad Maykl Solomon və Lavona böyüdüb. O, 17 yaşında məktəbdə ona çox bənzəyən Kessidi adlı bir qızla tanış olur. Şagirdlərin bir-birinə bənzədiyini görən məktəb işçiləri Miçiyə DNT testi etməyi təklif edirlər.
Analizlərin nəticələrindən məlum olur ki, Kessidi onun bioloji bacısıdır. Miçhi, Maykl və Lavonanın onu övladlığa götürdüklərini də öyrənmiş olur. O, doğuş zamanı qaçırıldığından xəbər tutur. Belə ki, uşağı olmadığına görə Lavona yeni doğulan körpəni xəstəxanadan oğurlamağa qərar vermiş olur. Miçi cəmi üç günlük olanda Lavona tibb bacısı qiyafəsinə girərək, onu doğum evindən qaçırır.
Miçi həqiqəti öyrəndikdən sonra onu böyüdən Lavona qarşı nə kin saxlayır, nə də onu cinayətkar hesab edir.
Bir müddət sonra Miçi bioloji valideynləri ilə görüşmək qərarına gəlib. Tədricən atası və anası ilə münasibət qurmağa başlayıb.
Miçinin arzusu 2023-cü ilin martında - toyu günü gerçəkləşir. “Bu, bir möcüzə idi. İki ailəm arasında münasibətlər yaxşılaşır. İndi barışırlar. Hamımız böyüdük, insan olduğumuzu anladıq və nəhayət, baş verənlərlə barışdıq. Biz bir-birimizə hörmət edirik”, - o deyir.
Mehti Kamiloğlu
-
Sosial22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı












.webp)




















.jpg)



