İnanc
Evi pis ruhlardan qoruyan bitkilərin bilmədiyiniz TƏSİRLƏRİ
Bir çox sirr nəsildən-nəslə ötürüldü və indi onların özünəməxsus adı var: atalar sözləri, dastanlar və hekayələr. Eyni qayda təbiətə də məxsusdur, elə qoruyucu bitkilər var ki, inanılmaz güc, enerji, cəsarət, ailə xoşbəxtliyi və bəzən var-dövlət əldə etmək üçün atalarımızın onlardan istifadə etdiklərini söyləmək olar.
Publika.az bu yazıda oxucuları bitkilərin çoxlarına məlum olmayan gücü və təsiri ilə tanış edib.
Nanə həmişə pis ruhlara və pis gözlərə qarşı qoruyucu funksiyasını yerinə yetirib. Qədim dövrlərdə insanlar buket düzəltikdə arasına həmişə nanə də əlavə edərdilər. Xalq nanənin pis gözlərdən və lənətlərdən qorxmadığına inanırdı.
Darçın, sitrus, lavanda və büxur da eyni ssenari üzrə hərəkət edir.
Qızılgül və çobanyastığı da qoruyucu funksiyaya malikdir. Qızılgüldən bəd nəzərdən qorunmaq üçün istifadə edilirmiş. Odur ki, bütün gənc qızlara bəd nəzər və böhtanlardan qorunmaq üçün yaxalarına və ya papaqlarına gül taxmağı tövsiyə edilirdi. Kişilər isə toyda pencəyin cibinə xırda gül dəstəsi taxardı, belə hesab olunurdu ki, bu, onun qulağına toydan qaçmağı pıçıldayan iblisdən müdafiə olunmaq üçün mükəmməl üsuldur.
Çobanyastığı da həmçinin cadugərlərdən qoruyan amulet sayılırdı.
Ardıc və sidr ətraf mühiti pis enerjidən təmizləyir. Bu ağaclardan hazırlanan kiçik bir çubuq alsanız, onların xüsusiyyətləri evinizə yayılacaq və bütün mikrobları öldürərək antiseptik təsir göstərəcək.
Başınağacı xoşbəxtliyin əsl simvoludur. Bir qadın şəxsi həyatında uğur qazana bilmirsə, müdrik insanlar ona başınağacı yeməyi və ya bağda əkməyi məsləhət görür. Əgər yolayrıcında qalmısınızsa, hansı peşə növünü seçəcəyinizi bilmirsinizsə, həmişə üstünüzdə başınağacı budağı götürün və taleyin özü sizi düzgün istiqamətə yönəldəcək. Bundan əlavə, cibinizdə belə bir amulet sizi zərərlərdən və pis gözlərdən qoruyacaqdır.
Nanəni evdə pulun saxlandığı yerə sürtün. Yalnız pulun saxlandığı daimi bir yer olmalıdır və hər dəfə otaqdan otağa gəzməyin. Həmçinin daha çox maliyyə cəlb etmək üçün cüzdanınıza nanə yarpağı qoymağa dəyər.
Şüyüd körpəni insanların pis enerjisindən və pis ruhlardan qoruya bilər.
Rusiyada evin ətrafında mak çiçəyi əkilirdi və inanılırdı ki, pis ruhlar onlardan keçə bilməyəcək.
Qıjılar həqiqətən kişi gücünün talismanı hesab olunur və onu öz enerjisi ilə qidalandırır.
Qıfotu nikahı möhkəmləndirir.
Mayaotu yuxusuzluqdan əziyyət çəkən insanlara, həmçinin uşaq doğmaq istəyən gənc qızlara kömək edir.
Aytən Məftun
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...






































