Tarix
“Başını it başı kimi kəsəcəyik” – Ölümlə mübarizə və mühasirədə qalan ailələr – DİPLOMAT İŞİ
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi
diplomat işinin təhlükəliliyini gündəmə gətirdi. Adətən cəlbedici
və maraqlı görünən diplomatiya əslində, ağır və təhlükəli işdir.
Həyatın çox hissəsini xaricdə olmaq, müxtəlif ölkələrin cəmiyyətinə
və təbiətinə uyğunlaşmaq səfirlərin əsas çətinliyidir. Və təmsil
etdikləri ölkələrin xarici siyasət kursuna görə onları daim ölüm
təhlükəsi gözləyir.
“Dərinizi soyacağıq, damarlarınızı doğrayacağıq, bədəninizi
yandıracağıq, başınızı it başı kimi kəsəcəyik”.
Publika.az xəbər verir ki, bu ölüm şüarını 1967-ci
ildə SSRİ-nin Pekindəki səfirliyini mühasirəyə almış kütlə
səsləndirirdi. Bu kütlə “sovet təftişçiləri”ni cəzalandırmaq qərarı
vermiş Çin hakimiyyəti tərəfindən qızışdırılırdı. “Xunveybin” və
“Szaofaney” dəstələri səfirlik binasını tamamilə mühasirəyə
almışdı. Gecə-gündüz səsucaldanlar vasitəsilə diplomatları və
ailələrini təhdid edirdilər. Onlar sovet təftişçilərinin
müqəvvalarını yandırır və səfirlik binasına alov vurmağa
çalışırdılar. Çin küçələrində sovet vətəndaşlarının əsil ovu
başlanmışdı. Onların qarşısını kəsir, üzlərinə tüpürürdülər. Həmin
günlərdə səfirlik mühasirə vəziyyətində yaşayırdı. Moskva
qadınların və uşaqların təxliyəsinə icazə verdi. Onları çıxarmaq
üçün əsil döyüş yaşandı. Səfirliyin avtobusu hava limanında
mühasirəyə alınmışdı. Onlara “rədd olun”, “sizə ölüm” şüarları
yağdırırdılar.
Sovet səfirliyi 1966-cı ilə qədər bir il yarım ərzində mühasirədə
qaldı.

Bir neçə ay sonra analoji vəziyyət Monqolustan səfirliyində
yaşandı. Buna səbəb Ulan-Batorun Moskva və Pekin qarşıdurmasında
neytral mövqe tutması idi. Çinlilər babalarının yolunu gedirdilər:
1900-cü ildə Pekində Qərb dövlətlərinin səfirlikləri mühasirəyə
alınmışdı. Qarşıdurma nəticəsində 68 mühafizəçi və alman səfiri
Ketler də daxil olmaqla, bir neçə diplomat həlak oldu. Sonda Rusiya
və Qərb dövlətləri ordu yeridərək, diplomatları azad etdilər.
Qriboyedovun cəsədini necə tanıdılar?
1829-cu ilin dekabrında mollalar tərəfindən qızışdırılan camaat
Rusiyanın Tehrandakı səfiri, məşhur yazıçı, Aleksandr Qriboyedov
öldürdü. Fanatik camaat rus diplomatik missiyasına hücum etdi.
Kazak keşişçilər də daxil olmaqla hər kəs öldürüldü. Qriboyedovun
bədənini eybəcər hala salmışdılar. Onu yalnız duel zamanı aldığı
əlindəki travmadan tanıdılar. Həmin hücumda yalnız katib İvan
Malsova xilas ola bilmişdi. O, fars əsgərlərinə 100 çervon verərə,
gizlənməyi bacarmışdı.

1927-ci ildə Çinin Quancjou şəhərində kommunistlərin qiyamı başlandı. Qiyam xarici qoşunların köməyi ilə yatırıldı. Şəhərin talanı zamanı Çan Kayşi əsgərləri sovet konsulluğuna hücuma keçdilər. Konsulluğun bütün əməkdaşları və ailələri həbs olundu. Beş insan, həmçinin, konsul müavini Xasis güllələndi.
1979-cu ildə Tehranda ABŞ səfirliyinə hücum da yaddaqalan hadisədir. Camaat 66 insanı girov götürərək, ABŞ-da müalicə olunan Şah Pəhləvini verməyi tələb edirdi. Diplomatlarını hərbi yolla azad etmək istəyən ABŞ-ın cəhdi uğursuz oldu. Səkkiz xüsusi təyinatlı qüvvə öldürüldü, amerikalılar texnikanı atıb qaçdılar. Girovlar yalnız bir il yarım sonra – Pəhləvinin ölümündən sonra azad olundu.

ABŞ-ın son diplomat itkisi kimi Liviyada Kristofer Stivensin
ölümünü qeyd etmək olar. “Müsəlmanların günahsızlığı” filminin
nümayişindən sonra camaat Benqazidə ABŞ konsulluğunun binasına
hücum etdi. Konsulluğun binası qumbaraatanların hücumuna məruz
qaldı. Bina alovlar içində yanırdı. Təxliyə vaxtı iki konsulluq
əməkdaşı həlak oldu. Stivenin necə həlak olması dəqiq deyil.
Versiyalara görə, o, tüstüdən boğularaq ölüb.
Ərəblərin hücumu və Tetçerin əmri
1980-ci ildə Londonda ərəblər İran səfirliyini tutdular. Binada
britaniyalı jurnalistlər də daxil olmaqla 26 insan girov
saxlanılırdı. Hücum edənlər İran həbsxanalarında saxlanılan
ərəbləri azad etməyi tələb edirdi. Baş nazir Marqaretta Tetçer
hücum haqqında əmr verdi. Əməliyyat terrorçuların səfirliyin
mətbuat atteşesini vurandan sonra başlandı. Britaniya xüsusi xidmət
orqanlarının əməliyyatı uğurlu oldu. Lakin terrorçular əməliyyat
başlayana qədər bir girovu öldürməyə, ikisini isə yaralamağa vaxt
tapdı.
1996-cı ildə eyni vəziyyət Perunun paytaxtı Limada baş verdi. “Amar
Tupak adına İnqilab hərəkatı”nın döyüşçüləri Yaponiya səfirliyini
tutdular. Binada 490 insan var idi. Döyüşçülər girovları tədricən
buraxaraq, binanı üç ay əllərində saxlayıb. Perunun xüsusi
təyinatlı qüvvələri iki döyüşçüsünün və bir girovun ölümü ilə
nəticələnən əməliyyat keçirərək binanı azad etdi.

Bu təcrübə səfirlik binalarının xüsusi qorunmasını şərtləndirir.
Artıq bir çox ölkənin səfirliyi əsil qalanı xatırladır. Həmçinin,
vertolyotla təxliyə etmək üçün imkanlar var.
Lakin bu mühafizə belə səfirlərin öldürülməsinin qarşısını
ala bilmir. Çünki onlar səfirlik binasının xaricində açıq hədəfə
çevrilirlər. Andrey Karlov kimi...
1979-cu ildə ABŞ-ın Kiprdəki səfiri Devis Rocer güllənin qurbanı
oldu, həmin tarixdən 11 il öncə Qvatemalada üsyançılar pusqu
qurara, ABŞ səfiri Corc Meynanın avtomobilini güllələdilər
2012-ci ildə Nyu-Dehlidə motosikletçi şəxs İsrailin hərbi
attaşesinin arvadı ilə getdiyi avtomobilinə bomba atdı. Qadın
yüngül yaralanaraq canını qurtardı.
1982-ci ildə diplomatların oğurlanması epidemiyası başlandı: 10 il
ərzində 21 ölkədə 104 diplomat girov götürüldü. Onların səkkizi
edam edildi, yaxud müxtəlif üsullarla öldürüldü.

Təsadüfün qurbanları
Diplomatlar həmişə xüsusi planla öldürülmür. Bəzən onlar təsadüf
nəticəsində də həlak olurlar.
Misal üçün, 2003-cü ildə İraqda Rusiya səfirinin avtomobili
amerikalılar tərəfindən güllələndi. Amerika bunun yanlışlıqla
edildiyini açıqladı. Halbuki, avtomobildə Rusiya bayrağı əsirdi.
Nəticədə, 5 insan yaralandı.
2007-ci ildə Burindidə (Afrika ölkəsi) Rusiya səfirlinin əməkdaşı
Vladimir Raşitko həlak oldu. Hökumət iddia etdi ki, səfirliyin
əməkdaşı keçid postunu keçməyə çalışıb. Rusiya tərəfi isə
Raşitkonun postu keçərkən, xəbərdarlıqla üzləşmədiyini bildirdi.
Nəticədə, Burindi hökuməti Moskvadan üzr istədi.
Bu cür hadisələr müxtəlif ölkələrdə, müxtəlif səfirlərin başına
gəlir. Diplomatların işi təkcə masa arxasında oturub danışıqlar
aparmaqla yekunlaşmır. Bəzən onlar ölümlə də üz-üzə gəlirlər.
Asif
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...













.jpg)







.jpg)
















