Leninin sirli nəvəsi – yəhudi naziri kimdir?
Bizi izləyin

Tarix

Leninin sirli nəvəsi – yəhudi naziri kimdir?

Ölkəsinin müdafiə naziri, iki dəfə isə baş naziri postuna yiyələnib.

Sovet lideri Vladimir İliç Lenin haqqında bu günə qədər bir çox iddialar ortaya atılıb. Bunlardan bəziləri öz təsdiqini tapsa da, bəziləri hələ də müəmma olaraq qalır. Leninin tərcümeyi-halında rəsmi nikahından övladı olmadığı bildirilsə də, əslində nikahdankənar oğlunun olduğunu deyən bəzi mənbələr var. Leninin bioloji davamçıları kimdir və haradadır? Yəqin ki, maraq doğuran sual olar.

Publika.az bu suala, yəni Leninin sirli nəvəsinin kimliyinə cavab tapmağa çalışıb.

Image result for lenin

1887-ci ilin tutqun may günündə Şlisselburq qalasının qaranlıq divarları arasında çar III Aleksandra qarşı baş tutmayan sui-qəsdin təşkilatçısı – Aleksandr İliç Ulyanov öldürüldü. Növbəti gecə isə onun kiçik qardaşı – qeyri-qanuni tələbə dərnəyinin üzvü Vladimir Ulyanov həbs edildi. Nüfuzlu xalasının ərizəsi sayəsində həbs sürgünlə əvəzləndi və Volodya Kazan Quberniyasının Laişev qəzasının Kokuşkino kəndinə göndərildi. Orada Volodya özündən yaşca böyük olan, təzəlikcə Ukraynada həbs olunaraq bu kəndə göndərilən inqilabçı qız Leya ilə tanış olur. Söhbətdən, mübahisədən, gələcək xəyallardan başqa iş-gücü olmayan gənclər bütün günü, hətta gecələri də birlikdə keçirirdilər.

1888-ci ilin sonlarında inqilabçıların sürgündən geri qayıtmasına icazə verilir. Volodya Kazana, Leya isə doğma Ukraynaya qayıdır və tezliklə həmin gecələrin nəticəsi özünü göstərir – qız hamilə olduğunu öyrənir. Məcbur qalıb kiçik bir kəndə köçən Leya yaşlı, amma xeyirxah adam olan Menaxem Rubiçova ərə gedir, çünki bu adamdan başqa heç kim hamilə qadını qəbul etməmişdi. Doğulan oğlan uşağına isə Nexemiya adı verilir.

1896-cı ildə Menaxem Rubiçev vəfat edir. Leya səkkiz yaşlı oğlu ilə tək qalır. Mehriban, xoşxasiyyət oğul kimi böyüyən Nexemiya anasının sirrini bilir və tezliklə əsl atası ilə görüşmək istəyir. Amma görüş təsadüfən olur. 1900-cü ildə Lenin iki inqilabçı yoldaşı ilə təbliğat işləri aparmaq üçün Rusiyanın şəhər və əyalətlərində qeyri-qanuni gəzdiyi vaxt həmin ərazidə təsadüfən Leya ilə qarşılaşır və onu dərhal tanıyır. Təbii ki, bunun ardınca oğlu ilə tanışlıq da baş tutur. Bu müddətdə gələcək rəhbər artıq Nadejda Krupskaya ilə evli idi. Amma Lenin oğlundan imtina etmir, əksinə onu böyük sevunclə qəbul edir.

Atası ilə tanışlıqdan sonra balaca Nexemiya böyük maraqla inqilab ədəbiyyatını öyrənməyə başlayır. 15 yaşındaykən atasının dəvətini qəbul edərək onun yanına – Cenevrəyə gedir. Mərhəmətli Nadejda Krupskaya öz övladı olmayacağını artıq anladığından ərinin oğlunu öz övladı kimi qəbul edir. Nexemiya əvvəlcə “İskra” qəzetində kuryer olaraq işə başlayır, sonra redaktor köməkçisi vəzifəsinə yüksəlir. Amma əsas hədəfi atası kimi inqilab olur. Bununla yanaşı olaraq, Nexemiyanın marağını İsveçrə sinonizmi də çəkir və Müstəqil Yəhudi Hökuməti ideyası ona daha cazibəli görünür. Amma oğlunun yeni marağı Leninin xoşuna gəlmir.

Ata və oğul arasında gərginlik artır, pik nöqtəyə çatanda isə Nexemiya Leninin iradəsi əleyhinə Bazelə gedərək orada VI Sinonist Konqresdə iştirak edir. Odessadan gəlmiş Vladimir Jabotinski ilə görüş isə onun baxışlarını qətiyyətlə möhkəmlədir. Nəticədə ata-bala arasında münasibət tamamilə pozulur. “Mənə evdə sionist lazım deyil!”, - deyə Lenin oğlunu qovur. Nadejda Krupskaya ata və oğulu barışdırmağa cəhd etsə də, səyi baş tutmur. Nexemiya ABŞ-a köçür. Çikaqoda o, sionist və sosialistlərin birdə partiyasının fəal üzvünə çevrilir. Soyadını isə Rabin olaraq dəyişdirir.

Oğlu ilə ayrılığa dözməyən Lenin bunda yəhudiləri günahlandırır və qəlbən onlara nifrət edir. Və həmin dövrdən etibarən yəhudilərin təşkilatlanmasına qarşı fəal surətdə mübarizə aparır. Oğlu ilə münasibətini kəsən Lenin arvadına da Nexemiya ilə hər hansı əlaqə yaratmağa qadağa qoyur. Bütün diqqətini inqilaba və quracağı rejimə yönəldir.

Bu arada, Nexemiyanın da həyatı əsaslı şəkildə dəyişir. Jabotinskinin qurduğu “Yəhudi legionu” heyətində Misirə gəlir, buradan isə İsraildə Qüdsün və Yerixonun azadlığı uğrunda döyüşlərdə iştirak edir. Müharibə bitəndən sonra isə Nexemiya Britaniya hökumətindən Fələstində mandat olaraq qalması ilə bağlı icazə alır. 1919-1920-ci illərdə isə ərəblər tərəfindən yəhidilərin talanı zamanı o, gələcək arvadı Roza ilə tanış olur. Bir il sonra isə o, atası Leninlə sonuncu dəfə görüşür. 1921-ci ilin aprelində Sovet Rusiyası yəhudi liderlərini qəbul edir. Təbii ki, onların arasında olan Nexemiya atası ilə barışmağa can atır, amma mümkün olmur. Növbəti il Nexemiyanın İshaq adlı oğlu dünyaya gəlir.

İshaq Rabinin tərcümeyi halında onun ata və anasının adı Nexemiya və Roza olaraq yazılır. Atasının Ukraynada doğulduğu faktı da göstərilib. Amma 17 yaşındaykən ABŞ-a qazanc dalınca getdiyi qeyd olunur. İshaq çox uğurlu tale yolu keçib. Yəhudi dövlətinin möhkəmlənməsində böyük rolu olan İshaq bir hərbçi kimi ən yüksək rütbələrə ucaldıqdan sonra (general-mayor) ölkəsinin müdafiə naziri, iki dəfə isə baş naziri postuna yiyələnib. 1964-1968-ci ildə onun komandanlığı altında İsrail ordusu “Altı günlük müharibə”də Misir, Suriya və İordaniyada qələbə çalır. 1968-ci ildə hərbi karyerasını başa vurduqdan sonra İsrailin ABŞ-da səfiri təyin olunur. 1974-cü ildə ölkənin baş naziri postunu tutsa da bu, onda uğurlu alınmır. Belə ki, Şimon Pereslə qərəzi səbəbilə vəzifəsi dayanıqlı olmur, üstəlik dövlət budcəsindən arvadı Leya Rabinə hesab açdığı iddia olunur. 1984-88-ci illərdə isə ölkənin müdafiə naziri vəzifəsini icra edir. 1992-ci ildə yenidən baş nazir postunu tutur. 1994-cü ildə isə Fələstin lideri Yasir Ərəfatla bağladığı sülh müqaviləsinə görə Nobel mükafatı alıb. Bu müqavilədən sonra İsrail Fələstin muxtariyyətini rəsmən tanıyıb. 1995-ci ilin noyabrında Rabinə sui-qəsd təşkil edilir. Aldığı üç güllə yarasından 40 dəqiqə sonra xəstəxanada keçinir. Rabinin xatirəsi bu gün də ölkəsi ilə yanaşı dünyanın bir çox ölkələrində əziz tutulur. Ukrayna, Almaniya, İordaniya, ABŞ-da onun adına küçə, məktəb, meydan mövcuddur.

Görəsən illərlə yəhudi dövlətinin yüksək vəzifələrində olmuş, dünyaca məşhur İshaq Rabin ailə tellərinin onu kimə bağladığını bilirdimi? Atası ona bununla bağlı nəsə demişdimi? Yaxud Rabin köhnə bolşeviklər haqqında, ən əsası sovet lideri ilə maraqlanmışdımı? Bu sualların cavabı deyəsən, həmişəlik sirr olaraq qalacaq.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm