Rusiyada ticarət mərkəzi yenidən yandı: ölənlərin sayı 64-ə çatdı, itkin düşənlər var - YENİLƏNDİ - VİDEO
Bizi izləyin

MDB

Rusiyada ticarət mərkəzi yenidən yandı: ölənlərin sayı 64-ə çatdı, itkin düşənlər var - YENİLƏNDİ - VİDEO

"Qış Albalısı" ticarət mərkəzində yenidən yanğın başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti" agentliyi yayıb. Agentlik binanın damı və ventilyasiya şaxtalarından yenidən tüstünün çıxdığını bildirib.

Qeyd edək ki, bu ticarət mərkəzində baş verən yanğın zamanı indiyə qədər 64 nəfər həlak olub. İnsidentlə əlaqədar artıq 4 nəfər həbs edilib.

***

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

***

Rusiyanın Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başlayıb.

Hadisə nəticəsində 37 nəfər ölüb. 40-dan çox yaralı var. 20 nəfərin xilas, 100 nəfərin təxliyə edildiyi bildirilir. Təsdiqlənməmiş məlumata görə, hadisə zamanı 70-dək insan itkin düşüb.

Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb.

Ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

İnsidentin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm