Türkiyə Rusiyada dəhşətli planın QARŞISINI ALDI - Kəşfiyyat şefi AÇIQLADI
Bizi izləyin

MDB

Türkiyə Rusiyada dəhşətli planın QARŞISINI ALDI - Kəşfiyyat şefi AÇIQLADI

Türkiyə və ABŞ kəşfiyyatının verdiyi məlumatlar sayəsində Rusiyada bir çox terror hücumunun qarşısı alınıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikov bildirib.

“Bu gün Rusiya ilə Qərb, xüsusən ABŞ və Rusiya arasındakı əlaqənin nə olduğunu bilirsiniz. Buna baxmayaraq, terrorla mübarizə sahəsində kəşfiyyat xidmətləri arasındakı əməkdaşlıq təqdirəlayiqdir. Ötən il ABŞ tərəfinin verdiyi məlumatlar sayəsində, Sankt-Peterburq şəhərində terror aktları həyata keçirməyə hazırlaşan terrorçular tutulub”, - o deyib.

FTX-nin başçısı həmçinin qeyd edib ki, türk həmkarlarının verdikləri kəşfiyyat məlumatları sayəsində bir çox günahsız insanın ölümünə səbəb olacaq terror aktlarının qarşısı alınıb.

Kəşfiyyat məlumatlarının detalları haqqında danışmayan Bortnikov ötən il Rusiyada 25 terror aktının qarşısının alındığını, 4 halda isə bunun mümkün olmadığını bildirib.

“Keçən il dünyada 1600-ə yaxın terror aktı törədilib. Rusiya və dünyada terror aktlarının yarısı İŞİD terror təşkilatı ilə bağlıdır”, - o vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm