Rusiyaya qarşı layihə hazırlanır - Poroşenkodan ANONS
Bizi izləyin

MDB

Rusiyaya qarşı layihə hazırlanır - Poroşenkodan ANONS

Kiyev Rusiya biznesmenlərinə qarşı sanksiyalar tətbiq edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti, Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurasına müvafiq qərar layihəsinin hazırlanması üçün tapşırıq vermişəm. Layihə yaxın vaxtlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına çıxarılacaq və sanksiyalar tətbiq ediləcək. Onlar ABŞ hökumətinin qərarı ilə maksimal sinxronlaşdırılacaq və sözsüz ki, bu gün Rusiyada proseslərin əsas iştirakçısı olan cənab Deripaska (biznesmen Oleq Deripaska – red.) və başqa oliqarxlar sanksiyalar siyahısına daxil ediləcək”, - Poroşenko deyib.

Qeyd edək ki, ötən həftə ABŞ 24 Rusiya biznesmeni və məmuru, həmçinin 15 şirkəti sanksiyalar siyahısına daxil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm