Qara dənizdə təhlükəli anlar – Rusiya və Ukrayna ÜZ-ÜZƏ GƏLDİ
Bizi izləyin

MDB

Qara dənizdə təhlükəli anlar – Rusiya və Ukrayna ÜZ-ÜZƏ GƏLDİ

Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin “AN-26” yük təyyarəsi Qara dənizdə Rusiyanın Hərbi-Dəniz Donanmasına aid kiçik raket gəmisini ələ keçirib.

Publika.az xəbər verir ki, bu haqda Odessanın “Duma” portalı mənbəyə istinadən bildirib.

Portalın məlumatına görə, Rusiya gəmisi iyunun 2-də Odessa vilayətinə tərkibinə daxil olan Zmennıy adasının yaxınlığında görünüb. Onun ələ keçirilməsi üçün “AN-26” nəqliyyat təyyarəsi göndərillib.

“Duma” mənbəyi iddia edir ki, ələ keçirmədən sonra Rusiya gəmisi açıq dənizə hərəkət edib.

Qeyd edək ki, “AN-26” 1960-cı illərin sonlarında hazırlanmış hərbi-nəqliyyat təyyarəsidir. Təyyarə 500 kiloqrama qədər çəkisi olan bombalarla təchiz edilə bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm