Putindən nazirə maraqlı toy hədiyyəsi
Bizi izləyin

MDB

Putindən nazirə maraqlı toy hədiyyəsi

Avstriya XİN rəhbəri Karin Knayslın toyuna qatılacaq Rusiya prezidenti Vladimir Putinin səbəbkara hədiyyəsi kazak ansamblının ifasında mahnılar olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, toya Don Kazak ansamblının 10 üzvü göndəriləcək.

Qeyd edək ki, Putin Berlin səfəri zamanı yolüstü avstriyalı nazirin toy mərasiminə də qatılacaq.

Karin Knaysl Putini toyuna iyunun əvvəlində Vyanada səfərdə olarkən dəvət edib.

Toy mərasimi avqustun 18-də keçiriləcək. Təhlükəsizliyi Avstriyanın “Kobra” xüsusi bölməsinin zabitləri təmin edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm