Poroşenko prezident seçkisində iştirak etməyə bilər
Bizi izləyin

MDB

Poroşenko prezident seçkisində iştirak etməyə bilər

Ukrayna prezidenti Petro Poroşenko prezident seçkilərində daha layiqli namizədin olacağını istisna etməyib.

Poroşenko bu barədə dekabrın 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa, ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti bildirib.

O, prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb: “İndi hələ hazır deyiləm, çünki seçki kampaniyasına start verilməyib”.

Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm