MDB
Putin dünyanı “nüvə triadası” ilə HƏDƏLƏDİ
2019-cu ildə Rusiya Silahlı qüvvələrin əsas vəzifəsi “nüvə triadası”nın (qitələrarası ballistik raket, strateji bombardmançı təyyarələr və atom sualtı qayıqları –red.) döyüş potensialının möhkəmləndirilməsidir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
Prezidentin sözlərinə görə, raket əleyhinə müdafiə sistemlərinin öhdəsindən gələn daha sürətli və müasir silahlara keçmək lazımdır.
“Qlobal prioritetin saxlanılmasında “nüvə triadası”nın rolu gözəçarpacaq dərəcədə möhkəmlənib. Silahlanmada müasir silahların payı 82 faiz təşkil edir”, - Putin bildirib.
O qeyd edib ki, “Avanqard” raket kompleksinin seriya istehsalının başlanması, “Sarmat” yeni qitələrarası ballistik raketinin müvəffəqiyyətli sınaqları, “Xəncər” hipersonik kompleksinin təcrübə-döyüş növbəsinin icrası, həmçinin “Peresvet” döyüş lazer komplekslərinin praktiki tətbiqindən söhbət gedir.
Dövlət başçısının sözlərinə görə, ən yeni silahlar güc balansını möhkəmləndirəcək və dünyada sabitliyin qurulmasına kömək edəcək.
“Ümid edirəm ki, bizim yeni sistemlərimiz militarist və təcavüzkar ritorikaya öyrəşənləri fikirləşməyə məcbur edəcək”, - Putin vurğulayıb.
Prezident qeyd edib ki, yeni Rusiya silahlarının dünyada analoqları yoxdur.
Ömər
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
















.jpg)















