MDB
Putin məhv edəcəkləri yerləri BƏYAN ETDİ: ABŞ kimi... - ŞOK
Bir çox ölkələr orta və kiçik mənzilli raketlər istehsal edirdi, onlar Rusiya və ABŞ-da yoxdur. ABŞ bu haqda düz danışmalı idi, Rusiyanı ittiham edərək uydurulmuş əsasları axtarmaq lazım deyildi.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federasiya Şurasına illik müraciətində ABŞ-ın Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasını şərh edərkən deyib.
Putin qeyd edib ki, ABŞ-ın özü Rumınıyada hava hücumundan müdafiə sistemləri yerləşdirərək müqaviləyə nümayişkaranə şəkildə əhəmiyyət vermədi.
Rusiya lideri bildirib ki, Rusiya özü üçün təhlükə halında assmmetrik hərəkətləri tətbiq etməyə məcbur olacaq. Onun sözlərinə görə, Moskva raketlərlə yalnız rəqibin raket sistemlərinin yerləşdirdiyi əraziləri deyil, həm də qərarların qəbul olunduğu mərkəzləri hədəf alacaq.
“Düşünmürəm ki, beynəlxalq vəziyyət bu gün əlavə və məsuliyyətsiz kəskinləşməni tələb edir, biz bunu istəmirik. ABŞ dünyada raket-hücumundan müdafiə sistemləri illüziyaları tərk etməlidir. Yeni silahın yaradılması üzərində iş davam edir. “Avanqard”ın seriyalı istehsalı başlanıb. “Sarmat” qitələrarası raketinin, “Peresvet” lazer silahının və “Kinjal” raketinin də döyüş sınaqları aparılır. Onlar təcrübəli-döyüş növbəsi rejimində öz xarakteristikalarını təsdiq ediblər. Daha bir yenilik “Sirkon” hipersonik raketidir. Yeri gəlmişkən, əhəmiyyətli bir qeyd etmək istəyirəm, artıq bu ilin yazında “Poseydon” kompleksinin birinci sualtı gəmi-daşıyıcısı endiriləcək, iş plan üzrə gedir”, - Putin ABŞ-a xəbərdarlıq edib.
Sanksiyalardan danışan Putinin sözlərinə görə, Moskvanın nöqteyi-nəzərindən, onlar qanunsuzdur.
“Biz qarşıdurmada maraqlı deyilik və onu istəmirik, xüsusən ABŞ kimi qlobal bir ölkə ilə. Ancaq ABŞ dünyanın necə dəyişdiyinə fikir vermir, bu, ABŞ-ın siyasi səhvdir”, - Rusiya lideri vurğulayıb.
Ömər Dağlı
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər












.jpg)





















