MDB
Şoumen seçki kampaniyasının mütləq lideri oldu - REYTİNQ
Şoumen Vladimir Zelenskiy Ukraynada prezident seçkisi kampaniyasının mütləq lideri oldu.
Publika.az xəbər verir ki, keçirilən son sorğuların nəticələrinə görə, seçicilərin 34 faizi ona səs verməyə hazırdır.
Bu, hazırkı prezidenti Pyotr Poroşenko və və “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun birlikdə götürülmüş reytinqindən daha yüksəkdir. Sorğuya görə, Pyotr Poroşenkonu 14,22, Yuliya Timoşenkonu 12,9, “Müxalifət platforması - həyat üçün” platformasının banisi Yuri Boykonu isə 11,1 faiz seçici dəstəkləyir.
Zelenskiy demək olar ki, ölkənin bütün regionlarında reytinqə başçılıq edir. Ekspertlərin fikrincə, onda qarşıdakı seçkilərin ikinci turuna keçmək üçün bütün şansları var.
Maraqlıdır ki, ukraynalıların 70 faizindən çoxu, ikinci turda rəqibinin kim olmasından asılı olmayaraq Zelenskiyi dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Vladimir Zelenskiy Donbas probleminin diplomatik həllini və Rusiya rəhbərliyi ilə birbaşa danışıqların keçirilməsini dəstəkləyir. O, birinci növbədə Donbasda atəşin dayandırılmasına köklənib.
“Hər şeydən əvvəl istəyirəm ki, güllələnməni dayandırsınlar. Bu razılaşma, düşünürəm ki, çox mürəkkəb deyil, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. Bütün insanlarımızı qorumaq əhəmiyyətlidir”, - namizəd öz müsahibələrdən birində vurğulayıb.
Bu halda, ərazilərin və ya milli maraqlarının təslimindən söhbət getmir. Zelenskiy əmindir ki, Vladimir Putinlə danışıqlar stoluna oturmağı və onu nəzarəti altında olan döyüşçülər vasitəsilə Ukrayna hərbçilərinin mövqelərinə hücüm etməməyə inandırmağı bacaracaq. Həmçinin, siyasətçinin proqramında “təzavüzkarın zərərlərə görə kompensasiyalar ödəməsi” haqqında bənd də var.
Namizəd həmçinin, Budapeşt memorandumuna və beynəlxalq səhnədə ABŞ və Avropa İttifaqının köməyinə diqqət ayırır.
Əlavə edək ki, seçkilər martın 31-də keçiriləcək.
-
Hadisə02:18Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Foto
-
Qoroskop00:45Bu bürcləri böyük sürprizlər gözləyir
-
Sosial19 Avqust 22:18Şadlıq evlərindən şikayət: Toylar başlayan kimi rahatlıq tapa bilmirik... - Video
-
Kriminal19 Avqust 21:51Həbs xəbəri yayılan bloqerdən açıqlama
-
İdman19 Avqust 20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19 Avqust 19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19 Avqust 19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial19 Avqust 18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto














.webp)
























