MDB
Moskvada Fuad Abbasovun müdafiəsi üçün yenidən aksiya başladı
Rusiyada yüzlərlə azərbaycanlı jurnalist Fuad Abbasovun həbsdə saxlanılmasına etiraz olaraq Moskvada yenidən aksiyaya başlayıb.
Soydaşlarımz paytaxt Moskvanın mərkəzi küçələrindən olan Saxarova, ev 17 ünvanında aksiyaya qoşulublar.
Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko aksiya iştirakçıları ilə görüşərək, azərbaycanlı həmkarının azadlığa çıxması üçünsoydaşlarımızla sonadək bir yerdə olacağını bildirib.
Fuad Abbasovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Məhəmməd Rəfiyev "Report"un yerli bürosuna açıqlamasında aksiyanın məqsədindən danışıb. O, bildirib ki, məqsəd jurnalist barədə etiraz səsini bu ölkənin içtimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər (Report).
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?




















.png)


















