Rusiya Qərbi Avropa ölkələrini geridə qoydu
Bizi izləyin

MDB

Rusiya Qərbi Avropa ölkələrini geridə qoydu

Rusiya dünyada koronavirusa yoluxma tempinə görə ABŞ-dan sonra ikinsi yerdədir.

Publika.az xəbər verir ki, Rusiyada son bir gündə 10 559 nəfərə koronavirus diaqnozu qoyulub. Ölkənin Operativ Qərargahından verilən məlumata görə, artıq Rusiyada COVID-19-a yoluxanların sayı 165 929 nəfərə çatıb.

Bildirilir ki, ölüm-yoluxma nisbətinə görə vəziyyət Rusiyada digər Avropa ökələrinə nisbətən daha yaxşıdır. Belə ki, virusa yoluxanların təxminən 1 faizi ölüb ki, bu da Qərbi Avropa ölkələrinin göstəricilərindən qat-qat yaxşıdır. Son sutkada ölkədə virusdan ölənlərin sayı isə 86 nəfər artaraq 1 537-yə yüksəlib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların yarıya qədəri paytaxt Moskvanın payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm