MDB
Qazaxıstanda karantin rejimi sərtləşdirilir
Qazaxıstanın Atırau vilayətində ən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, Qazaxıstanın Baş Nazirinin müavini Yeralı Tuqjanov Atırau vilayətində epidemioloji vəziyyətlə bağlı təcili yığıncaq keçirib və vilayətdə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməsi qərara alınıb.
Almatı-Atırau, Aktobe-Atırau və Mangistau-Atırau istiqamətində sərnişin dəmir yolu nəqliyyatının dayandırılması qərara alınıb. Restoran, kafe, yeməkxana və ərzaq mağazaları yalnız evə çatdırılma rejimində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Atırau bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı 7 min 150 nəfərdir. Onlardan 4 min 693 xəstə sağalıb, 13 nəfər həyatını itirib.
Hazırda Atırau vilayətində 1429 həkim pandemiya ilə mübarizə aparır.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO