Putin Lukaşenkoya 5 səhifəlik MƏKTUB GÖNDƏRDİ
Bizi izləyin

MDB

Putin Lukaşenkoya 5 səhifəlik MƏKTUB GÖNDƏRDİ

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minskdə saxlanılan ruslarla bağlı bütün faktları əks etdirən beş səhifəlik məktub göndərib.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda İstintaq Komitəsinin bu faktları araşdırdığını deyən Lukaşenko qeyd edib ki, kimsə Rusiya ilə münasibətlərimizin tamamilə pozulacağını gözləyirsə, səhv edir.

Qeyd edək ki, iyulun 29-da Minsk yaxınlığında 30-dan çox rus saxlanılıb. Belarus bu şəxslərin onların ölkədə seçki kampaniyası dövründə vəziyyəti gərginləşdirməyi planlaşdıran Rusiyanın hərbi şirkəti "Vaqner"in döyüşçüləri olduğunu bəyan edib.

Rəsmi Moskva bunu təkzib edib və bildirib ki, həmin şəxslər Belarus vasitəsilə Türkiyəyə tranzitlə gedib və təyyarəyə gecikdikləri üçün Minskə yerləşiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm