MDB
Düşənbə MDB-nin mədəniyyət paytaxtı elan edildi
Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan edilib.
Publika.az xəbər verir ki, bununla bağlı açıqlama Düşənbədəki Sədrəddin Ayni adına Opera və Balet Teatrında elan olunub.
MDB İcraiyyə Komitəsi sədrinin müavini Baketjan Jumanqulov və MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun icraçı direktoru Anatoli İksanov öz çıxışlarında “Birliyin Mədəniyyət paytaxtları” Dövlətlərarası Proqram haqqında məlumat veriblər, “MDB-nin Mədəniyyət paytaxtı-2021” sertifikatını Düşənbə şəhərinin sədri Rüstəm Emamaliyə təqdim ediblər.
Sonra Düşənbə şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar sənədli film nümayiş etdirilib, Tacikistanın və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər ölkələrin incəsənət xadimlərinin ifasında geniş konsert proqramı olub.
Xatırladırıq ki, 2015-ci ildə Gəncə, 2017-ci ildə isə Qəbələ şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək