Rusiyadan daha bir ZƏNGƏZUR AÇIQLAMASI: "Belə bir istək gəlsə..."
Bizi izləyin

MDB

Rusiyadan daha bir ZƏNGƏZUR AÇIQLAMASI: "Belə bir istək gəlsə..."

"Hər iki dövlətdən belə bir istək gəlsə, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin həllində köməklik göstərəcək"

Publika.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko deyib.

"Əgər belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq", - nazir müavini əlavə edib.

Rudenko deyib ki, belə bir mühitdə tərəflərin Rusiyaya kömək, yardım, vasitəçilik üçün müraciət etməsi normal vəziyyətdir. Xüsusən də 9 noyabr və 11 yanvar tarixli bəyanatların hazırlanması kontekstində təcrübəmizə sahib olduğumuz üçün.

Diplomat həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin 19 mayda Düşənbədə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edəcəyini söyləyib:

"Xarici işlər nazirləri gündəmdəki bütün məsələləri müzakirə etmək üçün Düşənbəyə gedəcəklər. Bu məsələnin orada müzakirə ediləcəyini istisna etmirəm".

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm