MDB
Qazaxıstandan vacib qərar - 20 ölkə ilə...
Qazaxıstanda epidemioloji vəziyyətin yaxşılaşması xarici ölkələrlə hava əlaqəsinin bərpasına səbəb olub. Hazırda Qazaxıstan 20 ölkəyə uçuşları bərpa edib.
Publika.az xəbər verir ki, ölkənin Mülki Aviasiya Komitəsinin məlumatına görə, reyslərin əksəriyyəti Türkiyəyə həyata keçirilir. Qazaxıstanın altı şəhərindən təyyarə ilə İstanbula getmək mümkündür.
Hazırda Qazaxıstandan Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, İngiltərə, Macarıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya, Misir, Niderland, Polşa, Monteneqro və digər ölkələrə birbaşa aviauçuşlar həyata keçirilir.
Oktyabr ayından Qətərə, Maldiv adalarına və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçiriləcək.
Mülki Aviasiya Komitəsindən bildiriblər ki, beynəlxalq aviadaşımalar bazarı da tədricən bərpa olunur.
Xarici ekspertlərin qənaətinə görə, aviareyslərin tam bərpası 2024-cü ilədək baş verəcək.
Qeyd edək ki, pandemiya dövründə Qazaxıstan aviaşirkətləri qazanclarının 50 faizindən çoxunu itirmişlər.
Ölkədə hava nəqliyyatı ilə yükadaşımalar tam bərpa olunub və hətta 2019-cu illə müqayisədə reyslərin sayı artıb.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































