Tacikistan tərəfdən Qırğızıstan ərazisinə ATƏŞ AÇILDI
Bizi izləyin

MDB

Tacikistan tərəfdən Qırğızıstan ərazisinə ATƏŞ AÇILDI

Axşam saatlarında naməlum şəxslər Tacikistan ərazisindən sərhədin mübahisəli hissəsində bir neçə dəfə Qırğızıstan tərəfə atəş açıblar.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın "AKIPress" xəbər agentliyi Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Mühafizə Xidmətinin (PS) mətbuat şöbəsinə istinadən məlumat yayıb.

Sərhəd departamentinin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü yerli vaxtla saat 21:00 radələrində Qırğızıstanın Batken vilayətinin Daxma ərazisində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar. Tacikistan istiqamətindən 8 atəş açılıb. Ehtimal olunur ki, atəşlər ov tüfəngindən atılıb.

Qırğızıstan və Tacikistanın sərhəd zastavalarının rəhbərləri hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün dərhal hadisə yerinə gəliblər. Onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar.

Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb. Qırğızıstanın Batken istiqaməti üzrə sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Suqd istiqaməti üzrə sərhəd nümayəndəsi ilə telefon danışığı aparıb. Dövlət sərhədində təxribatların qarşısını almaq üçün tədbirləri müzakirə edib.

"Saat 22:30-a olan məlumata görə, dövlət sərhədinin bu hissəsində vəziyyət sabit, lakin gərginlik elementləri ilə xarakterizə olunur", - "AKIPress qurumun məlumatından sitat gətirib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm