Rusiya BMT Təhlükəsizlik Şurasının bu qətnaməsinə VETO QOYDU
Bizi izləyin

MDB

Rusiya BMT Təhlükəsizlik Şurasının bu qətnaməsinə VETO QOYDU

Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində "referendum"ların keçirilməsini pisləyən qətnaməsinə veto qoyub.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu qətnamənin müzakirəsi zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "referendum"ların xalqın iradəsi olduğunu və beynəlxalq hüquq normalarına tam uyğun olduğunu bildirib.

Sənədin özü ABŞ və Albaniya tərəfindən hazırlanıb.

Xatırladaq ki, 2022-ci il sentyabrın 23-dən 27-dək Donetsk və Luqansk "Xalq Respublikaları", eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün "referendum"lar keçirilib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm