"Engelsə çatırıq, Kremlə də çatacağıq" - General Moskvanı HƏDƏLƏDİ
Bizi izləyin

MDB

"Engelsə çatırıq, Kremlə də çatacağıq" - General Moskvanı HƏDƏLƏDİ

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kremlin Ukrayna Silahlı Qüvvələrinin məhv edilməsi zonasında olduğunu təsdiqləyib. Buna görə də Moskvada hava hücumundan müdafiə sistemləri təşkil etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu məlumatı Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski milli telemarafonun efirində açıqlayıb.

O, ilk dəfə olaraq dolayı yolla Ukraynanın Rusiya ərazisinə zərbələr endirdiyini təsdiqləyib.

Aparıcı bildirib ki, “onlar Engelsin ətrafında hava hücumundan müdafiə sistemi qurmurlar, Kreml ərazisinə yerləşdirirlər”.

Skibitski belə cavab verib: “Ancaq bu, Engelsdən sonra idi. Bu, onu deməyə əsas verir ki, Engelsə çatsaq, Kremlə çatacağıq”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm