MDB
Rusiya Cənubi Qafqazla bağlı müzakirələrdə iştirakdan İMTİNA ETDİ
Qərb nümayəndələrinin təşəbbüsü ilə görüşün növbəti dəfə təxirə salınması ilə əlaqədar Moskva Cənubi Qafqazda təhlükəsizliklə bağlı Cenevrə müzakirələrində iştirakdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin rəsmi saytında məlumat verib.
"Rusiya tərəfi Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədrləri ilə 2023-cü il fevralın 3-nə planlaşdırılan görüşün Moskvada keçirilməsini yersiz hesab edib. Beynəlxalq ekspertlərin səfərləri Cenevrə formatının tam hüquqlu fəaliyyətini əvəz edə bilməz və olmamalıdır. Siqnallarımızın Brüssel, Vyana və Nyu Yorkda eşidiləcəyini gözləyirik", - mesajda deyilir.
Moskva da hesab edir ki, həmsədrlər üçlüyü öz statusundan sui-istifadə edir, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik maraqlarını fürsətçi mülahizələr naminə qurban verir.
Hüseyn İbadlı
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI





































