MDB
Rusiya neftinin qiyməti kəskin ucuzlaşdı

Rusiya neftinin orta qiyməti ucuzlaşıb.
Publika.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin saytında “Ural” markalı neftin ortalama qiyməti 49,48 dollar olaraq göstərilib.
Məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə bu rəqəm 1,7 dəfə azdır. 2022-ci ilin yanvar ayı üçün bu göstərici 85,64 dollar (bir barel üçün) olub.
Dekabrın 15-dən yanvarın 14-dək olan müddətdə isə orta qiymət bir qədər aşağı - 46,82 dollar/barel olub.
Rusiyadan Avropa İttifaqına dəniz neft tədarükünə embarqo qoyulması və Qərb ölkələrinin 2022-ci ilin dekabrından qiymət tavanı tətbiq etməsi fonunda “Ural”ın qiyməti azalır ki, bu da onun üçüncü ölkələrə satılması imkanlarını məhdudlaşdırır.
Hazırkı qiymət tavanı bir barel üçün 60 dollar təşkil edir ki, bu da "Ural"ın orta qiymətindən yüksəkdir və gələcəkdə ona yenidən baxıla bilər.
2022-ci ilin sonunda "Ural" orta hesabla 76,09 dollar/barelə satılıb.
Rusiyada cari ilin büdcəsi "Ural" neftinin bir barelinin qiymətinin 70 dollar olması əsasında hesablanıb və qiymətin 50 dollar olması büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə azalması riskləri yaradır.
Mehti Kamiloğlu

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari