Valdimir Putinin həbsinə ORDER VERİLDİ
Bizi izləyin

MDB

Valdimir Putinin həbsinə ORDER VERİLDİ

Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Həmçinin, order Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Oleksiivna Lvova-Belovanın adına verilib.

Bu barədə Publika.az Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin mətbuat xidmətinə istinadla xəbər verir .

"İddialara görə, Vladimir Putin əhalinin qanunsuz deportasiyası və Ukraynanın işğal olunmuş rayonlarından uşaqların Rusiya Federasiyasına qanunsuz keçirilməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır", - məlumatda deyilir.

Eyni zamanda, Lvov-Belov ukraynalı uşaqları Rusiya Federasiyasına qanunsuz deportasiya etməkdə də ittiham olunur.

Məhkəmə qərara alıb ki, orderlər zərərçəkmişlərin və şahidlərin müdafiəsi, habelə istintaqın təhlükəsizliyini təmin etmək məqsədi ilə təsnif edilir.

"Hakimlər həbs qərarı verib (Putin və Lvova-Belova, - red.). Onların icrası beynəlxalq əməkdaşlıqdan asılıdır", - ICC prezidenti Petro Hofmanski bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının Beynəlxalq Cinayət Məhkəməsini və onun yurisdiksiyasını tanımadığını bildirmişdi:

"Biz bu məhkəməni tanımırıq, bu məhkəmənin yurisdiksiyasını tanımırıq. Biz ona belə yanaşırıq".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm