Rusiya Qəhrəmanı Ukraynada öldürüldü - FOTO
Bizi izləyin

MDB

Rusiya Qəhrəmanı Ukraynada öldürüldü - FOTO

Stavropol diyarının Blaqodarnenski rayonunun rəhbəri Aleksandr Tenkov Rusiya Qəhrəmanı Dmitri Lissitskinin Ukraynada “xüsusi hərbi əməliyyat” zonasında həlak olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Tenkov bu barədə öz Teleqram kanalında məlumat verib.

“Ağır bir xəbər gəldi. Burlatski kəndindən olan həmyerlimiz, Blaqodarnenski rayonunun fəxri vətəndaşı və Rusiya Qəhrəmanı Dmitri Mixayloviç Lissitski vəfat edib”, – Tenkov yazıb.

O, həmçinin Lissitskinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Şəhər dairəsinin rəisi qeyd edib ki, “o, dəfələrlə hərbi əməliyyatlarda iştirak edib, cəsarət və şücaət göstərərək, birdən çox “qaynar nöqtə”dən keçib, həmçinin Donbasın müdafiəsi əməliyyatında iştirak edib”.

Tenkov zabitin ölümünün təfərrüatlarını açıqlamayıb. Stavropol Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən Vladimir Sitnikov isə bildirib ki, Lissitski döyüşdə həlak olub.

“Universitetimizin məzunu, Rusiya Qəhrəmanı Dmitri Mixayloviç Lissitski döyüşdə həlak oldu. O, böyük şərəf və ləyaqət sahibi idi. O, əsl insan və şəxsiyyət olmağın, vətəni sevməyin, qələbəyə qədər sıralarda qalmağın nə olduğunu bilirdi”, - Sitnikov nekroloqda qeyd edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm