MDB
Rusiyada AZADLIQ ORDUSU YARADILIR: "Dünyaya açıq şəkildə göstərəcəyik ki..."
"Rusiya Federasiyasının daxilində artıq bir azadlıq ordusu yaradılır və bu ordu nə vaxtsa Rusiya rejiminin zəifləməsindən istifadə edərək onları öz ərazilərindən qovacaq".
Publika.az "FREEDOM"a istinadla xəbər verir ki, bunu İnquş Müstəqillik Komitəsinin nümayəndəsi Ruslan Yoluloy bildirib.
Youloy qeyd edib ki, İnquşetiyanın nə Putinlə, nə də bir müddət əvvəl hər hansı azadlıq hərəkatına qarşı çıxan Rusiya müxalifəti ilə gələcəyi yoxdur.
"Biz artıq öz azadlıq ordumuzu yaradırıq. Hər gün ona qoşulmaq istəyən insanlardan çoxlu sayda müraciətlər alırıq. Artıq hərbi hissələr formalaşdırmışıq, yaxın gələcəkdə bu silahlı birləşmələri dünyaya açıq şəkildə göstərəcəyik. Biz Rusiya müxalifəti ilə ortaq gələcək qurmaq niyyətində deyilik", - Youloy elan edib.
O, həmçinin əlavə edib ki, Ukrayna bu cür proseslərə kömək etməyə borclu deyil, o, ilk növbədə öz ərazilərinin işğaldan azad edilməsi ilə məşğuldur:
"Ukraynaya gəlincə, Ukrayna öz ərazisində döyüşür və biz təbii ki, başa düşürük ki, o, bizi azad etmək üçün nə Putini çıxarmaq, nə də Rusiya ərazisinə daxil olmaq niyyətindədir. Bu, bizim vəzifəmizdir. Bizim vəzifəmiz qüvvələrimizi hazırlamaqdır. Rusiya qaçılmaz süqutu üçün".
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































