MDB
Avropa Gününün təsis edilməsi ilə bağlı təklif
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nin Anım və İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə Günü və mayın 9-nun Avropa Günü kimi təsis edilməsini təklif edən qanun layihəsini Ukrayna Ali Radasına təqdim edib.
Publika.az xəbər verir ki, Zelenski bununla bağlı sosial media hesabında məlumat verib.
“Biz heç kimə imkan verməyəcəyik ki, II Dünya müharibəsindəki qələbədə ukraynalıların rolunu, xalqımızı, demək olar ki, hər bir ailəmizdə xatirəsini saxladığımız o nəslin rolunu silsin. Biz anti-Hitler koalisiyasına daxil olan xalqların ümumi qələbəsinin mənimsənilməsinə imkan verməyəcəyik”, - deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, hazırda oxşar bəlaya qarşı birgə müqavimət göstərilir:
“Şər, təəssüf ki, geri qayıtdı. Necə ki, o vaxt pislik şəhərlərimizə, kəndlərimizə axışdı, indi də elə gəlir. O vaxt xalqımızı öldürdüyü kimi, indi də elə edir. Baxmayaraq ki, hazırda təcavüzkar fərqlidir, amma məqsəd eynidir - əsarət və məhv”.
Həmçinin, Ukrayna Prezidenti hər il mayın 9-da Ukraynada Qələbə Gününün deyil, Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)





.jpg)
















.jpg)


