MDB
Hər kəs gözləyir: Putin məğlub olacaq?
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti həyəcan təbili çalıb. İyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Moskvada təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Bəlkə də “Vaqner” özəl hərbi birləşməsinin bu təxribatı Qərblə Rusiyanın yaxınlaşmasına səbəb olacaq”.
Bu sözləri Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Publika.az-a açıqlamasında deyib.
O, bildirib ki, iyulun 12-də Litvanın paytaxtı Vilnüsdə Ukrayna - NATO Şurasının ilk iclası keçiriləcək. İlk dəfə olaraq Vilnüsdə, vaxtilə mövcud olan, lakin hazırda fəaliyyətini dayandırmış Rusiya-NATO Şurasının tipinə uyğun yaradılmış Ukrayna-NATO Şurası toplaşacaq:
“Bu iclasdan əvvəl Rusiyada baş vermiş “Vaqner” təxribatı bütün diqqəti Rusiyaya yönəltdi. Rusiya “Freedom Fighters” və “Vaqner” vasitəsilə Ukrayna böhranı ilə bağlı çıxışı ilə beynəlxalq hüquqda legitimlik axtararkən, gözlənilmədən qeyri-qanuni və qeydiyyatsız “Vaqner”lə qarşılaşdı. Rusiyada gedən proseslərin bir neçə səbəbi var. Onlardan biri rus ordusu ilə “Vaqner” birləşmələri arasında koordinasiyanın olmamasıdır. Hər ikisinin hədəf və məqsədləri fərqlidir. Məsələ sadəcə savaşmaq və qazanmaq deyil”.
Politoloq düşünür ki, Ukrayna böhranı təkcə cəbhə müharibəsi deyil, həm də kəşfiyyat orqanlarının müharibəsidir:
“Bütün bunlarda Rusiyaya qarşı böyük əməliyyatın olmasına şərait yaratdı. “Vaqner” dəstələri içində ukraynapərəst, amerikapərəst və avropapərəst döyüşçülərin olması ehtimalı var. Lakin Putin Ukrayna böhranını başladanda ölkədə baş verəcəkləri nəzərə almamışdı. Putin hazırda ən geci bir aya həll edəcəyi problemlərin 5-də 1-i ilə üz-üzədir. “Vaqner”in başlatdığı bu əməliyyat nəticəsində Rusiya Qərblə razılığa gələ bilər. Bu zaman Brutusdan zərbə alan Sezar kimi Putin də xalqına səslənəcək: “ey xalqım, barış etmək məcburiyyətində idim”. Rusiyada bu çevriliş cəhdinin nəticəsi maraqla gözlənildiyi halda, hər kəs Ukrayna böhranının Putinin məğlubiyyəti, yoxsa diplomatik uğura qayıdışı olacağını səbirsizliklə gözləyir”.
Aysel Şahmar
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı























.png)









