Yeni qanun: Seçki günü səs verməyənlər cərimələnəcək
Bizi izləyin

MDB

Yeni qanun: Seçki günü səs verməyənlər cərimələnəcək

Qırğızıstan parlamentinin deputatları üzrlü səbəb olmadan prezident və ya parlament seçkilərinə gəlməməyə görə cərimə tətbiq etmək üçün qanunvericiliyə düzəlişlər təklif ediblər.

Publika.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu günədək müvafiq qanun layihələri Milli Məclisin Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və normativ-hüquqi aktlar komitəsi tərəfindən birinci oxunuşda təsdiq edilib.

Dəyişikliklərin təşəbbüskarı deputat Tazabek İkramovdur. Onun sözlərinə görə, qanunun qəbul edilməsinin nəticəsi “vətəndaşların seçkilərdə və referendumlarda öz səlahiyyətlərini bilavasitə həyata keçirmələri üçün tam təminat olmalıdır”.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm