86 yaşlı qadına çağırış vərəqi göndərdilər
Bizi izləyin

MDB

86 yaşlı qadına çağırış vərəqi göndərdilər

Dnepropetrovskda 86 yaşlı qadın həkim çağırış vərəqəsi alıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat verib.

Yaşlı qadının nəvəsi sosial şəbəkələrdə ona çağırış vərəqəsi gəldiyini yazıb. O, nənəsinin ötən ilin martında Artemovskdan getdiyini, Dnepropetrovskda müvəqqəti qeydiyyatda olduğunu deyib.

Daha əvvəl bildirilmişdi ki, Ukraynada oktyabrın 1-dən etibarən qadın həkimlər və əczaçılar hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər. Eyni zamanda, hərbi qeydiyyat ixtisaslarına oxşar digər peşələrin nümayəndələri də könüllü olaraq hərbi qeydiyyata düşə bilərlər.

Daha sonra Ukrayna hakimiyyətinin qeydiyyatdan keçəcək hərbi xidmətə cəlb olunan qadınların xaricə səyahətini məhdudlaşdırmaq niyyəti məlum olub. Ölkəni tərk etməyə yalnız müvəqqəti çıxış hüququ verən sənədlər olduqda icazə verilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm