Nərgizdən ŞOK ETİRAF: Ukraynaya pul ayırır, Rusiyaya atılan raketlərə adının yazılmasını istəyir - FOTO
Bizi izləyin

MDB

Nərgizdən ŞOK ETİRAF: Ukraynaya pul ayırır, Rusiyaya atılan raketlərə adının yazılmasını istəyir - FOTO

Özbəkistanlı müğənni, Birinci Kanalda yayımlanan “Səs” verilişinin ulduzu, Nərgiz kimi tanınan Nərgiz Zakirova prankerlər( telefonla zarafat edən şoumen) Vovan (Vladimir Kuznetsov) və Lexusla (Aleksey Stolyarov) həmsöhbət olub.

Publika.az xəbər verir ki, müğənni Ukrayna Silahlı Qüvvələrinə (AFU) sponsorluq etdiyini etiraf edib və Donetskin bombalanmasını dəstəkləyib.

Vovan və Lexus Ukraynanın keçmiş mədəniyyət naziri Aleksandr Tkaçenkonun adından Nərgizlə danışıblar. Müğənni onlarla söhbətində Ukraynanı dəstəklədiyini və onun lideri Vladimir Zelenskiyə heyran olduğunu bildirib. O, həmçinin Ukrayna qoşunlarına sponsorluq etdiyini etiraf edib.

“Mən bunu təbliğ etmirəm və bu barədə qışqırmıram, bu barədə qışqırmaq istəmirəm.... Mən, bəli, kömək edirəm...Bu baş verir”, – deyə Nərgiz bu mövzuda danışıb. Nərgizə özünü Zelenski kimi təqdim edən aktyor zəng edib. Prankerlər həmçinin Ukraynanın iddia edilən prezidentinin adından müğənni ilə videobağlantı vasitəsilə əlaqə saxlayıblar. Zarafatlarının ikinci hissəsi üçün Zelenskinin obrazını canlandıran parodist Maks Komikazen Nərgizlə həmsöhbət olub.

Aktyor Nərgizdən Rusiya və Ukraynaya münasibətini soruşub. Cavab olaraq müğənni "saxta Zelenski"yə respublikanın dövlət gerbinin əsas elementi olan Ukrayna tridenti şəklində yeni döyməsini göstərib.

Həmçinin, "saxta Zelenski" Nərgizə Ukrayna Silahlı Qüvvələrinin “Donetskdə atəş açmaq” planlarından danışıb və müğənni buna alqışlarla cavab verib. Oyunçu həm də şəhərə atılan raketlərə müğənninin adının yazılmasını təklif edib və Nərgiz buna razılaşıb.

Yayımlanan prank videodan sonra məlum olub ki, Rusiya Baş Prokurorluğu Nərgizi Ukrayna Silahlı Qüvvələrini maliyyələşməsinə görə yoxlayacaq. Dəfələrlə ictimai xadimlərdən şikayətçi olan Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin hüquq-mühafizə orqanlarına belə bir tələblə çıxış edib. Onun sözlərinə görə, ABŞ-da yaşayan sənətçi sosial şəbəkələrdə aktiv şəkildə Rusiyanı və onun vətəndaşlarını gözdən salır, həmçinin Ukraynadan gələn saxta xəbərləri repost edir.

Qeyd edək ki, 2022-ci ilin mayında Nərgizin xüsusi əməliyyatda tutduğu mövqeyə görə 50 il müddətinə Rusiyaya girişi qadağan edilib. Sənətçi 2072-ci ilə qədər ölkəyə gedə bilməyəcək.

“50 il ölkəyə girişi qadağan edən qərar var. Bu, xüsusi əməliyyatı pisləyən ictimai xadimlərlə bağlı qəbul edilən standart qadağadır. Bu məhdudiyyət Nərgiz Zakirovaya da qoyulub. Nərgiz buna hazır idi. O, belə tədbirlərin görüləcəyini güman edirdi”, – sənətçinin vəkili Bəhrom İsmayılov bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm