Moskvada fövqəladə xəbərdarlıq edildi
Bizi izləyin

MDB

Moskvada fövqəladə xəbərdarlıq edildi

Bazar günü hava şəraiti ilə əlaqədar Moskvada fövqəladə xəbərdarlıq elan edilib.

Publika.az xəbər verir ki, Rusiya paytaxtında yenidən güclü qar yağacağı gözlənilir.

"Dekabrın 3-ü səhər saat 10:00-dan günün sonuna kimi Moskvada qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, çovğun, yollarda qarın sürüşməsi, buz bağlaması gözlənilir", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Ümumilikdə, dekabrın Mərkəzi Rusiyada normadan 1-1,5 dərəcə soyuq olacağı, qarın miqdarının orta göstəricidən 20% çox olacağı proqnozlaşdırılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm