Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi - FOTOFAKT
Bizi izləyin

MDB

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi - FOTOFAKT

Noyabrın 28-də yayımlanan və dekabrın 2-də geolokasiya edilən kadrlar göstərir ki, Rusiya qoşunları dəmiryolunun qərbinə, Stepnoyenin şimalına doğru irəliləyiblər.

Publika.az xəbər verir ki, Müharibə Tədqiqat İnstitutu-nun (ISW) məlumatına əsasən Rusiya qoşunları Pervomayskidən cənub-qərbə (Avdeyevkadan 10 km cənub-qərbə) irəliləyib.

Rusiya hərbi bloqçuları dekabrın 2 və 3-də rus qüvvələrinin Stepnoyedən cənub və cənub-şərq istiqamətində irəlilədiyini, bəziləri isə rus qoşunlarının qəsəbə yaxınlığında 300 metr irəlilədiyini iddia ediblər. Onlar həmçinin rus qoşunlarının Avdeyevkanın şimal cinahında Novokalinovodan cənuba (Avdeyevkadan 13 km şimal-şərqə) və Krasnoqorovadan qərbə (Avdeyevkadan 5 km şimal-qərbə) Avdeyevkanın şimal cinahında, eləcə də cənub cinahında irəlilədiklərini deyiblər.

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin Novobaxmutovkanın şərqinə (Avdeyevkadan 9 km şimal-qərbə) və Novokalinovoya edilən hücumların uğursuz olduğunu açıqlayıb.

Avdeyevka hərbi administrasiyasının rəhbəri Vitali Barabaş dekabrın 3-də bildirib ki, Avdeyevkaya hücumun üçüncü dalğası zamanı rus qoşunları Ukrayna qüvvələrinin diqqətini yayındırmaq üçün Avdeyevkanın cənub-şərqindəki sənaye zonasına və Spartakdan (Avdeyevkadan 4 km cənubda) iki əlavə hücum istiqaməti açıblar. Barabaş həmçinin bildirib ki, Rusiya qüvvələri yenidən hücumlarda ağır texnikadan istifadə etmək üçün daha yaxşı hava şəraiti gözləyir.

Qeyd edək ki, Rusiya qoşunları dekabrın 2-dən 3-nə keçən gecə Ukraynanın Donetsk vilayətinin Pokrovski rayonuna bir sıra raket və pilotsuz təyyarələrdən zərbələr endirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm