Hərbi xidmət müddəti iki ilə qaldırılır? - Deputatdan reaksiya
Bizi izləyin

MDB

Hərbi xidmət müddəti iki ilə qaldırılır? - Deputatdan reaksiya

Hərbi xidmətin iki ilədək uzadılmasına ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Andrey Kartapolov çıxış edib. Bu barədə “Gazeta.ru” nəşri yazıb. Millət vəkilinin sözlərinə görə, gənclər bir il ərzində hərbi ixtisasa tam yiyələnirlər.

"İkinci ildə o, milli iqtisadiyyata fayda vermək əvəzinə, hökumətin yeməklərini yeyərək sadəcə vaxt itirəcək", - Kartapolov deyib.

O həmçinin əlavə edib ki, Dövlət Dumasının müvafiq komitəsində heç kim hərbi xidmət müddətinin bir ildən iki ilədək artırılması ideyasını dəstəkləmir. Yada salaq ki, daha əvvəl Dövlət Dumasının digər deputatı Viktor Sobolev hərbi xidmət müddətinin artırılmasına çağırıb. Onun sözlərinə görə, bu məsələ uzun müddətdir ki, gündəmdədir. Alternativ olaraq o, “müddət”in bir il yarıma qədər uzadılmasını təklif etdi ki, bunun da ilk altı ayında çağırışçılar tədris hissələrində, ilin qalan aylarında isə birbaşa qoşunlarda təlim keçəcəklər.

Bundan əvvəl deputat Andrey Qurulev də oxşar təşəbbüslə çıxış edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm