Moskva ilə İrəvan razılaşdı: Bu məsələni müzakirə edəcəklər
Bizi izləyin

MDB

Moskva ilə İrəvan razılaşdı: Bu məsələni müzakirə edəcəklər

Rusiya telekanallarının Ermənistandakı fəaliyyəti bu il dekabrın ortalarında Moskva və İrəvan tərəfindən müzakirə olunacaq.

Publika.az xəbər verir ki, bu barədə dekabrın 4-də “Armenpress” agentliyinə yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bildirib.

Qurum rəsmisinin sözlərinə görə, departament Rusiya tərəfinə daha əvvəl razılaşmalar əldə edilmiş ölkələr arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq məsələləri üzrə məsləhət vermək xahişi ilə rəsmi müraciət edib. Poqosyan əlavə edib ki, Rusiya tərəfi dəvəti qəbul edib.

“Dekabrın ortalarında Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4 və 5-ci bəndlərinin pozulması məsələsi, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr planlaşdırılır”, - deyə Ermənistanın nazir müavini bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanı müttəfiq hesab edir və münasibətləri daha da inkişaf etdirməyi planlaşdırır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm