Rusiyada ayda bir milyonu necə qazanmaq olar?
Bizi izləyin

MDB

Rusiyada ayda bir milyonu necə qazanmaq olar?

Rusiyada milyonerlər ən çox pərakəndə və topdansatış ticarətlə məşğul olurlar. Onların sayı 4,3 min nəfərdir. Maliyyə və sığorta, eləcə də istehsal sənayesində ayda minimum bir milyon rubl qazanmaq da mümkündür.

Publika.az xəbər verir ki, bu barədə “FinExpertiza”nın araşdırmasında deyilir.

“Milyonçu işçilərin əksəriyyəti topdan və pərakəndə ticarətdə (4,3 min nəfər), emal sənayesində (3,97 min nəfər), maliyyə və sığortada (3,66 min nəfər) çalışır”, - “İzvestiya” yazır.

Məlumdur ki, milyonçu işçilərin sayının artmasının əsas səbəbi iqtisadiyyatın bir çox sahələrində kadr çatışmazlığının olmasıdır.

“FinExpertiza”nın araşdırmasına görə, 2023-cü ildə Rusiya Federasiyasında gəlir vergisinə qədər iri və orta müəssisələrin 24 400 işçisi bir milyon rubl və daha çox əmək haqqı alıb. Bu rəqəm 2021-ci ilin göstəricisindən 43% çoxdur.

Araşdırmalara görə, Moskvada 14700 milyonçu işləyir. Müqayisə üçün qeyd edək ki, Sankt-Peterburqda 1,95 min belə işçi var. Məlumdur ki, təxminən 17,5 min rus bir milyondan iki milyona qədər qazanır. 3,25 min nəfər isə 2-3 milyon rubl arasında gəlir əldə edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm