Rüstəm Umerov Kliçkonun iddiasına belə reaksiya verdi
Bizi izləyin

MDB

Rüstəm Umerov Kliçkonun iddiasına belə reaksiya verdi

Kiyev meri Vitali Kliçkonun “Ukrayna avtoritarizmə yuvarlanır” sözləri “siyasi mövsümün başlanğıcından” xəbər verir.

Publik.az xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Rüstəm Umerov “FoxNews”a müsahibəsində deyib.

Kliçko bir müddət əvvəl “Bild” nəşri ilə söhbətində demişdi ki, hakimiyyət bir şəxsə məxsus olmamalıdır və demokratik prinsiplərə riayət edilməlidir.

Kiyev merinin sözlərinə görə, merlər səlahiyyətlərindən məhrum edilir, yerli özünüidarəetmə orqanlarına hücum olunurr. “Bütün idarəetmə prosesləri yalnız bir şəxsə və onun ətrafına tabe olmamalıdır. Burada avtoritarizm təhlükəsi var”, - deyə Vitali Kliçko bildirib.

Daha əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Kiyevin 2024-cü il üçün hərbi fəaliyyət planı var , lakin detallara varmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm