Moskvadan İrəvana xəbərdarlıq: Qərb elə məsləhətlər verəcək ki, daha bir sürpriz olacaq
Bizi izləyin

MDB

Moskvadan İrəvana xəbərdarlıq: Qərb elə məsləhətlər verəcək ki, daha bir sürpriz olacaq

Moskva Ermənistan və Azərbaycan nümayəndələrinin sərhəddə görüşünü alqışlayır.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu görüş zamanı tərəflər delimitasiya üzrə praktiki işlərin başlanmasına hazırlıqla bağlı metodoloji və təşkilati məsələlər barədə razılığa gəliblər. Biz öz tərəfimizdən bilavasitə delimitasiya fəaliyyətinin gedişində hər cür yardım göstərməyə hazırıq. Bu, lazımi kartoqrafik materialların verilməsini nəzərdə tutur, xüsusən də bunu dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib”, - diplomat bildirib.

İrəvanla Bakı arasında sülh müqaviləsindən danışan Zaxarova bir daha xatırladıb ki, Rusiya Moskvada və üçüncü ölkələrdə çoxtərəfli tədbirlər çərçivəsində ölkələrə görüş üçün dəvət göndərib.

“Bakı hər zaman danışıqlara hazır olduğunu təsdiqləyib, təəssüf ki, erməni tərəfdaşlarımız haqqında bunu deyə bilmərik. Ola bilsin ki, onlar Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni müşavirlərinin daha maraqlı və təsirli bir şey təklif edə biləcəklərinə inanırlar. Bilmirəm, məncə, siz həmişə əvvəlki təcrübəyə və qonşularınızın təcrübəsinə baxmalısınız.

Praqa və Brüssel də daxil olmaqla Aİ-də keçirilən toplantıların nəyə gətirib çıxardığını hamımız gördük. Ola bilsin ki, erməni xalqı tam məlumatlı deyil, çünki onlar hər şeydən xəbərsizdirlər... Ən yaxşı dostlar adı altında Qərb Ermənistana elə məsləhətlər verəcək ki, sonradan daha bir sürpriz olacaq", - Zaxarova yekunlaşdırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm