Strelkovdan acı etiraf: Priqojinin taleyini yaşayacağından qorxur
Bizi izləyin

MDB

Strelkovdan acı etiraf: Priqojinin taleyini yaşayacağından qorxur

Hazırda Rusiyada istintaq təcridxanasında olan keçmiş rus zabiti İqor Qirkin (Strelkov) təyyarə qəzasında həlak olan "Vaqner PMC"nin keçmiş rəhbəri Yevgeni Priqojinin taleyini yaşayacağından qorxur.

Publik.az xəbər verir ki, o, bu barədə “Baza”ya müsahibəsində deyib.

Qirkin hesab edir ki, onun həbsinə səbəb Rusiyanın xarici və daxili qeyri-sabitliyi, hakimiyyətin öz qeyri-müəyyən mövqelərini hiss etməsi olub:

“Mənim həbsim Priqojinin üsyanından bir ay sonra baş verib. Ən çox qorxum odur ki, cəza almaq əvəzinə Priqojin kimi “amnistiyaya” məruz qalacağam”.

O qeyd edib ki, hökm çıxarılandan sonra onun üçün yer üzündə qanuna tabe olan vətəndaş kimi tanınacaq yer qalmayacaq.

"Qərbdə Haaqa Tribunalının hökmündən sonra məni artıq terrorçu kimi tanıyıblar. Və vətənimdə, görünür, məni şübhəli ekstremist reputasiyası gözləyir".

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm