Ekvadorun Rusiya texnikasını ABŞ-a verməsinin səbəbləri - Moskav açıqladı
Bizi izləyin

MDB

Ekvadorun Rusiya texnikasını ABŞ-a verməsinin səbəbləri - Moskav açıqladı

Ekvadorun Rusiya avadanlığını ABŞ-a köçürmək qərarı ehtiyatsızlıqdır.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat Quitonun bu addımı kənardan maraqlı tərəflərin ciddi təzyiqi ilə atdığına diqqət çəkib.

Yanvarın 31-də Ekvador Moskvanın etirazına baxmayaraq, Rusiya avadanlıqlarını Vaşinqtona köçürmək qərarına gəlib . Söhbət ümumi məbləği 200 milyon dollar olan köhnə avadanlığın yeniləri ilə dəyişdirilməsindən gedir.

Dövlət başçısı Daniel Noboa qeyd edib ki, Rusiya hakimiyyəti bunun hərbi texnika olduğuna istinad edir, lakin onun sözlərinə görə, Ekvador bunun metal qırıntıları olduğunu sübut edib. Noboa Moskvanın mövqeyini “tamamilə adekvat deyil” kimi dəyərləndirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm