MDB
Rusiyanın bu ərazidə qurduğu 30 kilometrlik “Çar qatarı” ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Rusiya Donetsk vilayətində Yelenovka və Volnovaxa arasında 30 kilometrlik “Çar qatarı”nın Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi yaradıb.
Publika.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri məlumat veriblər.
Təhlilçilər fərz edir ki, Rusiya qoşunları Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi xidmət etmək üçün işğal olunmuş Donetsk bölgəsində “Çar qatarı” adlı 30 kilometrlik sədd inşa ediblər.
Hesabatda qeyd olunur ki, 2023-cü il mayın 10-u və 2024-cü il fevralın 6-sı və 10-na aid peyk çəkilişləri göstərir ki, son doqquz ay ərzində Rusiya qoşunları işğal altındakı Yelenovkadan Volnovaxaya qədər vaqonlar düzüblər. “DeepState”in məlumatına görə, rus qoşunları 2100-dən çox yük vaqonunu 30 kilometrlik xəttə yığıblar.
Məlumata görə, Rusiya qoşunları qatarı 2023-cü ilin iyulunda yığmağa başlayıb. Çox güman ki, işğalçılar bu qatardan Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi istifadə etmək niyyətindədirlər.
Tural
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO
-
Ekologiya19 Yanvar 21:12
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər - VİDEO
-
Səhiyyə19 Yanvar 20:12
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
-
Cənubi Qafqaz19 Yanvar 19:40
Vitali Balasanyan Bakıya məktub ünvanladı - Nələr yazıb?