Ukraynalılar bütün dünyadan küsüblər: daha bu ölkələri...
Bizi izləyin

MDB

Ukraynalılar bütün dünyadan küsüblər: daha bu ölkələri...

Getdikcə daha az ukraynalı Polşanı dost ölkə hesab edir.

Publika.az xəbər verir ki, Ukrayna əhalisi arasında keçirilən sorğunun məlumatlarını “Reytinq” sosioloji qrupu dərc edib. Araşdırmaya görə, Polşanı “mütləq dost” ölkə hesab edən ukraynalıların sayı 79%-dən 33%-ə qədər azalıb. Bundan əlavə, il ərzində Polşanı “ümumi dost” dövlət hesab edənlərin sayı azalıb - 94%-dən 79%-ə.

Sorğu göstərib ki, ukraynalıların ABŞ və Türkiyəyə qarşı da münasibəti dəyişib. Əvvəllər Türkiyəni respondentlərin 40%-i, “mütləq dost” hesab edirdisə, indi isə bu rəqəm 30%-dir.

Ukraynalıların 61%-i ABŞ-a “müsbət” münasibət bəsləyirdi. İndi onların sayı 35%-ə düşüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm